Ağlasığmaz CİNAYƏT: Həbsxananın sanitar qovşağından tunel qazıb... - FOTO
ABŞ-nin Corciya ştatında qeyri-adi hadisə baş verib.
BAKU.WS xəbər verir ki, "Fulton County" adlı ərazidə yerləşən həbsxanada məhkum Kavian Tomas qonşu kamerada qalan Derondney Raselə hücum edib.
Bu barədə "ABC News" məlumat yayıb.
Əvvəl Tomas sanitar qovşaqda tunel qazıb. Daha sonra o tunel vasitəsilə qonşu kameraya keçərək Russellı bıçaqlayıb. Zərərçəkənin hadisədən yüngül xəsarətlərlə qurtulduğu bildirilir.
İnsidentin sonra hər iki kamerada araşdırmalar aparılıb və bir neçə silah tapılıb. Məhbusların binası köhnə olan həbsxananın sökülən inşaat materiallarından kəsici alətlər hazırladığı məlum olub.
Həbsxana polisi Körtis Klark deyib ki, yaşanmış insidentlə bağlı Tomasa yenidən cinayət işi açılıb.
Oxşar xəbərlər
1885-ci ildən sonra ailədə ilk qız uşağı doğuldu - VİDEO
ABŞ-nin Miçiqan ştatında qeyri-adi hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, sonuncu dəfə 1885-ci ildə qız uşağı dünyaya gələn Klark ailəsində 138 il sonra qız uş...