ABŞ-da həbsxanada atışma olub - Ölən və yaralanan var
ABŞ-ın Corciya ştatının Devisboro şəhərindəki həbsxananın ərazisində baş verən atışma nəticəsində bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bazar ertəsi gecə yarısı, cəzaçəkmə müəssisəsinin iki keşikçisinin həbsxananın ətrafında iki naməlum şəxsin məhbuslara qaçaqmalı verməyə çalışarkən baş verib. Bu zaman onların arasında atışma olub. Nəticədə bir keşikçi yaralanıb, cinayətkarlardan isə biri öldürülüb.
Hadisənin ikinci iştirakçısı saxlanılıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.
Fakt üzrə araşdırma başlayıb.
Oxşar xəbərlər
Venesuelada həbsxanada üsyan - 17 ölü var
Venesuelanın Quanare şəhərindəki Llanos adlı həbsxanada məhbuslar üsyan ediblər. BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, həbsxana nəzarətçiləri ilə çıx...