BQXK prezidenti Rusiyaya səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Maryana Spolyariç Eqqer Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.
O bu barədə “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
Lakin Maryana Spolyariç Eqqer Moskvaya səfərinin dəqiq tarixini deməyib. Onun sözlərinə görə, məhbuslara baş çəkmək üçün Rusiya ilə bütün səviyyələrdə danışıqlar aparmaq, təhlükəsizlik zəmanətlərini yerindəcə ala bilmək lazımdır.
BQXK prezidenti həmçinin bildirib ki, bütün tərəflər beynəlxalq humanitar hüquqa riayət etməlidirlər.
“Söhbət həm hərbi əsirlərə, həm də mülki məhbuslara çıxışdan gedir. Bütün dövlətlər yadda saxlamalıdırlar ki, yalnız beynəlxalq humanitar hüquqa, beynəlxalq müqavilələrə və BMT Nizamnaməsinə hörmət sülh və sabitliyə zəmanət verir”.//“Report”
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...