BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına dekabr ayında növbəti dəfə baş çəkiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, BQXK əməkdaşları saxlanılan şəxslərlə təkbətək görüşlər keçiriblər və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Oxşar xəbərlər
Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür
Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraqlardan və müvəqqəti proseslərdən daha güclüdür. BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli...