BP-nin vitse-prezidenti Azərbaycanda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir.
BAKU.WS xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətindən bildirilib.
Məlumata görə, bu, Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir.
Q.Birrelin səfər proqramında BP-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində cənab Q.Birrel həmçinin bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...