Böyük Britaniya Qarabağdakı “seçkiləri” tanımır
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Britaniya Dağlıq Qarabağda keçirilən “prezident seçkilərini” tanımır”.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ikinci turu aprelin 14-nə təyin olunmuş Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə bağlı yaydığı bəyanatında bildirilir.
Bəyanatda həmçinin qeyd olunur:
“Birləşmiş Krallıq bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəkləyir. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...