Boris Consonun başı yenə bəlada

Boris Consonun başı yenə bəlada
Siyasət 122

Böyük Britaniyanın eks Baş naziri Boris Conson barədə yeni iddialar irəli sürülüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onun Covid-19 epidemiyası zamanı tətbiq edilən məhdudiyyətləri pozduğuna dair məlumat yayılıb.

Qeyd olunur ki, Conson nazirlərin istifadəsinə verilmiş bağ evində dostları ilə görüşərək böyük məclis keçirib.

Nazirlər Kabineti bununla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Conson əvvəllər Covid-19 məhdudiyyətlərini pozduğuna görə cərimələnib.

Son xəbərlər