Boris Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istədiyini bildirib

Boris Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istədiyini bildirib
Siyasət 52

Boris Conson hökumət üzvlərinə Ukraynaya daha “ölümcül” silahlarla yardım etmək istədiyini deyib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda “Times” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Boris Conson Londonun Kiyevi hansı silahlarla təmin edə biləcəyini bildirməyib.

Müdafiə Nazirliyi dairələrindəki mənbə qəzetə bildirib ki, Ukraynaya ağır artilleriya da daxil olmaqla, uzaq mənzilli atəş vasitələri lazımdır.

Qəzet yazır ki, belə silahlar əlavə təlim tələb edəcək, Britaniya hökuməti isə eskalasiyadan çəkinir.

Son xəbərlər