Boris Conson köşə yazarı olur

Boris Conson köşə yazarı olur
Siyasət 32

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniyanın "Daily Mail" qəzetinin yeni köşə yazarı olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, iyunun 16-da "Daily Mail"in birinci səhifəsində qəzetdə yeni köşə yazarının işə başlayacağı xəbəri yayılmışdı.

Başqa bir mənbəyə görə, Consona həftəlik köşə yazısı üçün "altı rəqəmli məbləğ" vəd edilib.

Nəşr vurğulayır ki, bu, keçmiş baş nazirə hazırkı baş naziri Rişi Sunakı tənqid edə bilmək üçün fürsət yaradır.

Son xəbərlər