Borca görə 2 nəfər öldürüldü - Hadisə yerinə 2112 POLİS, 3 HELİKOPTER, 6 DRON CƏLB EDİLDİ - ANBAAN VİDEO

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 4 naməlum şəxs avtomobil ehtiyyat hissələri satılan mağazalardan birinə daxil olaraq orada 3 işçi ilə mübahisə edib.
Daha sonra mübahisə davaya çevrilib. Bu zaman mağazaya daxil olan şəxslər atəş açaraq iki nəfəri öldürüblər. Bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə İstanbulun Esenyurt bölgəsində baş verib. Şəxslər qətl törətdikdən sonra "Jeep" markalı maşınlarına minərək hadisə yerindən uzaqlaşıblar. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədənlərdən biri ifşa olunaraq nəzarətə götürülüb.
Saxlanılan şəxsin ifadəsinə görə, hadisə söyüşlə dolu vatsap mesajlarına görə baş verib. Bu mesajlar isə iki ailə arasında yaranan borc səbəbilə meydana gəlib.
Baş verənlərin ardından İstanbulun Esenyurt bölgəsində təhlükəsizliyi təmin etmək üçün hadisə yerinə 2 112 polis əməkdaşı cəlb edilib.
Bölgənin 102 ərazisində postlar qurularaq sürücülər və avtomobilləri yoxlanılıb. Əməliyyat-axtarış tədbirlərini havadan 3 polis helikopteri və 6 dron da izləyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
