BMT: Ukraynadakı müharibədə 7 mindən çox dinc sakin həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın genişmiqyaslı işğalı başlayandan Ukraynada 7 mindən çox dinc sakin həlak olub.
BAKU.WS “report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat yayıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi daha 11 327 nəfərin yaralandığını bildirib. 2023-cü ilin əvvəlindən 104 nəfər ölüb, 284 nəfər xəsarət alıb.
Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi səbəb olub.
Oxşar xəbərlər
KİV: Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub
Ukraynada Rusiyanın son bir ayda səfərbərliyə alınan azı 41 vətəndaşı həlak olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Mediazona" və BBC-nin rus xi...