BMT milyarderlərdən kömək istədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli milyarderlərə və böyük müəssisələrə müraciət edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, BMT rəsmisi 2020-ci il dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.
D.Bisli xatırladıb ki, hazırda dünyada 2000-dən çox milyarder var və onların sərvətinin dəyəri səkkiz trilyon dollar təşkil edir.
“Bəziləri pandemiya dövründə milyardlar qazandı. Mən kapitalın böyüməsinə qarşı deyiləm, amma bəşəriyyət hazırda böyük böhranla qarşılaşıb”, - deyə BMT rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Dünyada aclıqdan əziyyət çəkənlərin sayı iki dəfə arta bilər
Ərzaq qıtlığı ilə üzləşərək kəskin aclıqdan əziyyət çəkənlərin sayı 2019-cu ildəki 130 milyon nəfərə qarşı cari ildə COVID-19 pandemiyası üzündən ikiqat arta bi...
