Blinken nazirlərin ABŞ görüşündən yazıb: “Əldə olunan irəliləyişlərdən razıyam” - FOTO

Blinken nazirlərin ABŞ görüşündən yazıb: “Əldə olunan irəliləyişlərdən razıyam” - FOTO
Siyasət 98

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etmək şərəf idi”.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken tvitter hesabında yazıb.

“Əldə olunan irəliləyişlərdən razıyam. Razılaşmanın əlçatanlığına nikbin baxıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-nin dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Son xəbərlər