"Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik" - Vüsal Hüseynov
24
iyn
2019
15:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Dövlət xidmətlərinin tətbiqində əlaqələndirilmiş yanaşmanın tətbiqi üçün ölkənin keçdiyi yol - nailiyyətlər və uğursuzluqlar təhlil edilməlidir".BAKU.WS xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT Dövlət Xidmətləri Forumunda bildirib.O qeyd edib ki, Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür və müxtəlif çoxsaylı fəaliyyətlər həyata keçirib. V.Hüseynovun sözlərinə görə, Azərbaycan 2001-ci ildən 2015-ci ilə qədər müddətdə ölkədə yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə qədər azaltmağa nail olub.Xidmət rəhbəri dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində ASAN Xidmətindən modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək:"Bizim dövlət qurumları ilə əlaqələndirilmiş yanaşmada əsas problemimiz onların fərqli bacarıqlarda olmasıdır. Buna görə də onlarda eyni bacarıqları formalaşdırmağa ehtiyac var.Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik. BMT-nin mükafatlandırdığı ölkələrə baxdıqda, gözləntilərimizin özünü doğruldacağına ümidlə baxmağımıza əsas verir".Fərid ƏDALƏT
Oxşar xəbərlər
Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edildi
Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.BAKU.WS xəbər verir ki, BMT Baş ka...