Bir qrup xarici jurnalist Qarabağa gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Shinji Hashimoto (Kyodo - Yaponiya), Aziz Gürpınar ("Kyodo News"), Piotr Patryk ("The Economist", ABŞ), Jordi Banos ("La Vanguardia", İspaniya), Filippo Cicciu (RSI İsveçrə), Albert Naya ("CNN İspanca"), Paul Osterlund ("Foreign Policy", ABŞ), İlya Topper (EFE, İspaniya), Kahraman Haliscelik (KGK) daxildir.
Belə ki, xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar. Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır.
Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, artıq bu gün heyət Qarabağ bölgəsinə yola düşüb:
“İlin sonunadək daha bir qrup əcnəbi jurnalistlərin Azərbaycana səfərini təşkil edəcəyik. Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var.
Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir. Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...