Bir qrup Kəlbəcər sakini Ömər aşırımında olub - FOTO

Bir qrup Kəlbəcər sakini Ömər aşırımında olub - FOTO
Foto
Siyasət 76

Bir qrup Kəlbəcər sakini ata-baba yurduna səfəri çərçivəsində ilk olaraq Ömər aşırımına baş çəkiblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar burada həyata keçirilən yol tikintisi işlərinin gedişi ilə tanış olublar. Eyni zamanda sakinlər Qoşabulaq deyilən ərazidə olublar, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, səfər Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub. Məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir.

Son xəbərlər