Bir neçə kəndin azad edilməsindən iki il keçir - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan ordusunun Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə kəndlərini işğaldan azad etməsindən 2 il keçir.
BAKU.WS xəbər verir ki, 2020-ci ilin oktyabrın 23-də Xocavəndin Dolanar, Bünyadlı, Cəbrayılın Dağ Tumas, Nüsüs, Minbaşılı, Veysəlli və Xələfli kəndləri Ermənistanın işğalından azad edilib.
Eyni tarixdə Zəngilanın Vənədli, Mirzəhəsənli kəndlərində də işğala son qoyulub.
Həmin gündə Azərbaycan ordusu ilk dəfə olaraq Qubadlı istiqamətində bir neçə kəndi işğaldan azad edib.
Belə ki, Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərində işğala son qoyulub.
Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvit ataraq xalqa çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər...