Bin Salmanın bacısına 10 aylıq həbs cəzası verildi
13
sen
2019
14:55
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı şahzadə Həssa bint Salman Paris Məhkəməsi tərəfindən şərti 10 aylıq həbsə məhkum edilib. BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Səudiyyənin vəliəhd şahzadəsi bin Salmanın bacısı olan Həssa otel işisinə edilən zorakılığı təşviq etməkdə təqsirli bilinib. Xatırladaq ki, şahzadə Həssa 2016-cı ildə Parisdəki lüks mənzilində işləmək üçün gətirilən işçini otaqlardan birinin şəklini çəkdiyi və sosial şəbəkələrdə yayacağı ehtimalı üzündən cangüdəninə döydürüb. Zərərçəkmişin sözlərinə görə, əlləri arxadan bağlanmış, dizüstə şahzadənin ayaqlarını öpməyə vadar edilmişdi. Şahzadə isə heç vaxt bu ittihamları qəbul etməyib.
Oxşar xəbərlər
Ərəb şahzadəsi Salman ilə aktrisa Lindsi Lohan arasında nə baş verir? – VİDEO
“Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətl əmrini verməkdə günahlandırılan Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman yenə də gündəmə gə...