Beş NATO ölkəsinin çevik reaksiya qüvvələri Polşada toplanıb
Yeniliklərdən dərhal xəbərdar olun
NATO müttəfiqləri olan Türkiyə, Albaniya, Polşa, İspaniya və Böyük Britaniyanın çevik reaksiya qüvvələrini sınaqdan keçirmək üçün texnikalar Polşaya yerləşdirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə NATO-nun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, müttəfiq ölkələrin çevik hərbi maşınları hava, quru və dəniz yolu ilə sürətlə Polşaya gətirilir.
Qeyd edək ki, Polşada (25 fevral - 14 mart) Polşa tank süvari diviziyasının iştirakı ilə “Dragon-24 manevri” olacaq. Bu manevr “Brilliant Jump'24” adlı təlimlə birləşdiriləcək. Tədbirin “Dravsko Pomorske” poliqonunda keçirilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro...