Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtoyürüş keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın paytaxtı Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtomobil yürüşü keçirilib.
Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, şəhərin mərkəzi küçələrində baş tutan və maarifləndirici xarakter daşıyan aksiya zamanı Azərbaycan bayraqlarına bürünən avtomobillərin üzərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan müharibə əleyhinədir!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistanın hərbi cinayətlərinə son qoyulsun!” və s. şüarların yazıldığı plakatlar nümayiş etdirilib.
Məqsəd indiyədək Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa cəhdlər göstərməsinə, rəsmi İrəvanın itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən boyun qaçırdığına, Ermənistanın ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən Edillidə tapılmış kütləvi məzarlıqlara, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə etiraz səsini ucaltmaq olub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...