Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiqlənib

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat" təsdiqlənib.
BAKU.WS "Report"a istinadən, bu barədə Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.
Qeyd edilib ki, inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.
Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. İnzibati nəzarətin həyata keçirilməsi zamanı zərurət yarandıqda Baş idarənin və ya İdarənin rəisi tərəfindən ekspertlər və mütəxəssislər araşdırmaya cəlb edilə bilərlər.
Hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti üzrə inzibati nəzarət icraatına həmin müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verildikdə başlanılır.
Müraciətlər üzrə inzibati nəzarətin həyata keçirilməsinə gəlincə, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti üzrə inzibati nəzarət icraatına həmin müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verildikdə başlanılır.
Araşdırma nəticəsində bələdiyyənin və ya onun vəzifəli şəxslərinin fəaliyyətində cinayət əlamətləri aşkar edildikdə bu Təlimatın müvafiq bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Bonn görüşlərində Azərbaycan imzası: Dalana dirənən müzakirələr necə həll olundu?
Baku TV-nin "COP BAKU" verilişinin növbəti buraxılışında Almaniyada keçirilən Bonn görüşlərində faktiki COP sədri olan Azərbaycanın rolundan və iqlim dəyişikliy...
