Belarusda etiraz aksiyasına qoşulan azərbaycanlı itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun Brestskaya şəhərində yaşayan, yerli vətəndaş, əslən Azərbaycanın Astara rayonundan olan, 1986-cı il təvəllüdlü Baxışov David Baxışəli oğlu Minskdəki etiraz aksiyalarında yoxa çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, D. Baxışov etirazların ilk günündən Minskə gedərək aksiyalara qoşulub.
Artıq iki gündür yaxınları və dostları ondan bir xəbər əldə edə bilmir. Hüquq-mühafizə orqanları isə bu ad və soyadda şəxsin saxlanılmadığını bildirib.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.
Ardından ölkənin ən böyük sənaye müəssisələrində etiraz tətili başlayıb, işçilər yeni seçkilərin keçirilməsini və nümayişlərdə nümayişçilərə qarşı sərt davranışa son qoyulmasını tələb ediblər. Müxalifət namizədlərinin hamısının qərargahı seçkinin nəticələrini tanımadıqlarını açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Aleksandr Lukaşenkonu dəstəkləmədi
ABŞ dövlət katibi Mayk Pompeo Belarusda keçirilən prezident seçkilərinə münasibət bildirib. BAKU.WS xəbər verir ki, Çexiyanın baş naziri Andrey Babiş ilə görüşd...