Belarus Səudiyyə Ərəbistanından neft almağa başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus alternativ neft tədarükçülərinin tapılması prosesində Səudiyyə Ərəbistanından xammal almağa başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb.
Bildirilir ki, ilk partiyanın həcmi 80 min ton olacaq və tanker mayın 11-də Klaypeda limanına çatacaq.
Belarus rəsmiləri "Saudi Aramco" ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən imtina edib: "Bazar bundan sonra necə davam edəcəyimizi göstərəcək".
Minsk ənənəvi olaraq bütün nefti Rusiyadakı emalı zavodları üçün alıb. Siyasi dəyişikliyə səbəb keçən ilin sonunda baş verən qiymət qarşıdurması olub.
Oxşar xəbərlər
Lukaşenko Belarus iqtisadiyyatına dəyən üç zərbədən şikayətləndi
Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətdən tələb edib ki, iqtisadi inkişafın əsas göstəricilərinə əməl olunsun. BAKU.WS xəbər verir ki, bu barədə BELTA m...