Bekhem II Elizabetlə vidalaşmaq üçün kilometrlərlə uzanan növbədə 12 saat gözlədi - VİDEO
17
sen
2022
10:59
"Manchester United"in keçmiş ulduz futbolçusu Devid Bekhem kraliça II Elizabetlə vida mərasimində qatılıb.
BAKU.WS xəbər verir ki, idmançı kraliçanı görmək üçün Vestminster sarayı qarşısında kilometrlərlə uzanan növbədə 12 saat gözləyib.
Bekhem növbədə bu qədər gözləyəcəyini təsəvvür edə bilmədiyini açıqlayıb.
İzdiahamda ulduz futbolçunu görən pərəstişkarları onunla selfi çəkdiriblər. Devid həmin fanatları üçün şirniyyat sifariş edib.
Xatırladaq ki, 96 yaşlı II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. O, iki gün sonra dəfn olunacaq.
Oxşar xəbərlər
Londonda kraliça II Elizabetlə vida mərasimi keçirilir
Böyük Britaniya kraliçası II Elizabetlə ictimai vida mərasimi başlayıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, vida mərasimi Londondakı Vestminster sarayın...