BƏƏ Prezidenti: Qarabağda İlham Əliyevlə görüşmək şərəfinə nail oldum
Yeniliklərdən dərhal xəbərdar olun
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana bu yaxınlarda baş tutmuş rəsmi səfəri ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, Əl Nəhyan "Facebook" hesabındakı paylaşımında Qarabağda keçirilən ikitərəfli danışıqların regional sülh və sabitliyin təmin edilməsinə yönəldiyini qeyd edib.
"Qarabağda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum, BƏƏ və Azərbaycan arasında inkişaf etməkdə olan ikitərəfli əlaqələri müzakirə etdik. Bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi təkana əsaslanaraq, iqtisadi inkişafın stimullaşdırılmasına, ümumi imkanların yaradılmasına, regional və qlobal sülh və sabitliyin dəstəklənməsinə yönəlmiş yeni əməkdaşlıq istiqamətlərini araşdırdıq"- o yazıb.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...