BƏƏ-də içkiyə və nikahdankənar yaşamağa icazə verildi

Birləşmiş Ərəb Əmirliklərində bəzi mövcud qadağalar aradan qaldırılıb.
BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə BƏƏ hökuməti məlumat yayıb.
Əsas qadağalardan biri olan spirtli içki içməyə icazə verilib.
Ölkənin iqtisadi durumunu, əhalinin rifahını daha da yüksəltməkdən ötrü bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyana qərar qəbul edib.
Yeni qərara görə, BƏƏ-də yaşları 21-dən yuxarı olanlar artıq istər xüsusi, istərsə də ictimai yerlərdə spirtli içki qəbul edə bilərlər.
Digər yenilik isə BƏƏ-də qanunda evlənməmiş cütlüklərin birlikdə yaşamasına icazə verən dəyişiklikləri qəbul edib.
Bundan başqa, intihara cəhd etməklə bağlı cəzaları ləğv edilib.
Oxşar xəbərlər
Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a yoluxmada antirekord qeydə alınıb
Son sutka ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COVID-19 pandemiyasının yayıldığı vaxtdan bəri ən yüksək sayda yoluxma qeydə alınıb. BAKU.WS xəbər verir k...