Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a yoluxmada antirekord qeydə alınıb

Son sutka ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COVID-19 pandemiyasının yayıldığı vaxtdan bəri ən yüksək sayda yoluxma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, BƏƏ-nin Səhiyyə Nazirliyi sentyabrın 22-də 1083 nəfərin yeni növ koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd olunub ki, ölkədə yoluxma hallarının artması hökuməti karantin qaydalarını yenidən sərtləşdirməyə vadar edə bilər. Artıq toy və yas mərasimlərinin məhdud sayda iştirakçı ilə keçirilməsi qaydalarını pozanlar barəsində həbs qəti imkan tədbiri və cərimələr tətbiq edilir.
Nazirliyin məlumatında bildirilir ki, BƏƏ-də indiyədək COVID-19-a 87 530 nəfər yoluxub, 406 pasiyent isə vəfat edib.
Oxşar xəbərlər
Baş infeksionistdən toylarla bağlı mühüm AÇIQLAMA
Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uz...