Bayraq günü Qarabağ bölgəsində qeyd edilib (FOTO)
Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilib.
BAKU.WS azərtac.a istinadən xəbər verir ki, bayram münasibətilə rayon ictimaiyyətinin, gənclərin, məktəblilərin, hərbçilərin iştirakı ilə Ağcabədi şəhərinin mərkəzindən Bayraq meydanınadək yürüş təşkil olunub.
Dövlət bayrağı meydanında rayon məktəbliləri arasında rəsm müsabiqəsi və şahmat yarışı keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə ağcabədililəri təbrik edib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də Bayraq muzeyi və bayraq meydanı inşa edilib. Azərbaycanın dövlət bayrağı burada hündürlüyü 65 metr olan bayraq dirəyi üzərində dalğalanır.
Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər söyləyib, rəqs ediblər. Bayram tədbiri mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
Vasif Talıbovun oğlundan Bayraq günü ilə bağlı təbrik (FOTO)
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbov "İnstagram” bloqunda Bayraq günü ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki o, Azə...