Bayraktar: Azərbaycan və Türkiyənin bir sonrakı layihəsi Naxçıvandan elektrik çatdırılma xətti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyənin bir sonrakı layihəsi Naxçıvandan elektrik çatdırılma xətti olacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan liderliyində həm Avropanın, həm də dünyanın qaz təhlükəsizliyinə töhfə verəcək layihələrə davam edilir:
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP boru xətti layihələri ilə Türkiyə Azərbaycanla birlikdə həm dünyanın petrol təchizatı, həm də Avropanın təbii qaz təchizatı üçün çalışır. Sarsılmaz əlaqələrimizi enerji əlaqələrimizlə daha da gücləndiririk".
Oxşar xəbərlər
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib. BAKU.WS bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun səd...