Bayden səhnədə ağlayaraq qızını qucaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Vəzifəsini Harrisə təhvil verən Bayden səhnədə ağlayaraq qızını qucaqlayıb.
BAKU.WS xəbər verir ki, Demokratlar Partiyası daxilində Bayden dövrünün bitdiyini və Harris dövrünün başladığını elan etmək üçün bu gün keçirilən Demokrat Partiyasının Konqresində zala addımlayan kimi ABŞ prezidenti Baydenin gözləri yaşla dolub və qızını qucaqlayıb.
İki ay əvvəl Demokratlar partiyasında prezidentliyə namizədi olan Co Bayden indi Kamala Harrisin “tacqoyması” ilə başa çatacaq konqresin spikerlərindən biridir.
Eks-prezident gecənin son nitqini söyləməzdən əvvəl səhnəyə çıxarkən göz yaşlarını saxlaya bilməyib, qızı Aşli Baydeni uzun müddət qucaqlayıb.
Salondakı partiya üzvləri “Təşəkkür edirəm Co” şüarları səsləndirərkən Bayden “Amerika, səni sevirəm” deyərək cavab verib.
Çoxları bu anın Baydenin 50 illik siyasi karyerasında əsas səhnə çıxışlarından biri olduğunu düşünür.
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...