Bayden Çinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymaq niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Cozef Bayden bu il avqustun ortalarına qədər Çinin yüksək texnologiyalı sənayelərinə investisiya qoyuluşuna məhdudiyyətlər qoymağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Baydenin müvafiq sərəncam imzalaması avqustun ikinci həftəsinə planlaşdırılır.
Eyni zamanda, nəşr qeyd edib ki, planlaşdırılan imzalanma tarixləri bir neçə dəfə təxirə salınıb və onun bir daha təxirə salınmayacağına dair heç bir zəmanət yoxdur.
Agentlik bildirib ki, məhdudiyyətlərin ən tez 2024-cü ilə qədər qüvvəyə minməsi gözlənilmir və ABŞ-ın Çinin yüksək texnologiya sənayesinə mövcud investisiyalarına təsir etməyəcək.
Oxşar xəbərlər
KİV: Bayden Polşada Zelenski ilə görüşə bilər
ABŞ Prezidenti Cozef Bayden bu ayın sonunda Polşaya səfəri çərçivəsində ölkənin lideri Anjey Duda və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşə bilər....