Bayden: "ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək"
ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək və Tehranı dayandırmaq üçün son variant kimi gücdən istifadə etməyə hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden İsrail televiziyasının 12-ci kanalına müsahibəsində deyib.
ABŞ Prezidenti, həmçinin Donald Trampın rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarını “nəhəng səhv” adlandırıb.
"Onlar indi əvvəlkindən daha çox nüvə silahına yaxındırlar", - Bayden əlavə edib.
Qeyd edək ki, Bayden vəzifəyə gəldikdən sonra ilk Yaxın Şərq turnesi çərçivəsində İsrailə səfər edib.
Oxşar xəbərlər
Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. Hersoqun səfəri iki ölkə arasında 10...