Baxçalıya görə Türkiyə ilə ABŞ arasında vəziyyət gərginləşdi - FOTO
06
okt
2019
16:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədən qaçan FETÖ terror təşkilatının üzvü Ergün Babahan “Twitter”dəki səhifəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının xəstəxanaya yerləşdirilməsi ilə bağlı status yazıb.BAKU.WS xəbər verir ki, o, “Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır” sözlərini qeyd edib.Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Səfirliyin bu addımına Türkiyə ictimaiyyəti və hökumət tərəfindən sərt reaksiya verilib. Dərhal ABŞ-ın Türkiyədəki səfirliyinin müvəkkili Jeffrey M. Hovenier Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və izahat tələb edilib.Səfirlik açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib.
Oxşar xəbərlər
Еurosport azərbaycanlı futbolçunu ələ saldı - VİDEO
Azərbaycan yığmasının dünən Uelslə səfər qarşılaşmasından xəbər hazırlayan "eurosport.ru" saytı Pavel Paşayevin avtoqolunu gülüş obyektinə çevirib. BAKU.WS xəbə...