Baş Prokurorluq Polşada öldürülən Müşfiqlə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb".
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Polşanın Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.
Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işi başlanılıb - RƏSMİ
Xəbər verildiyi kimi, noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vuru...