Baş nazirin birinci müavini: "Horadiz-Ağbənd avtomobil yolunda işlərin 95%-i tamamlanıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95%-i icra olunub".
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Baş nazirin birinci müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib:
"Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır".
Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb:
"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış məras...