Baş nazir: Parlament seçkilərinin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
01
sen
2024
15:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad olunmuş Qarabağda parlament seçkiləri keçirilir.
"Report" xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səs verən baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. O bunu tarixi hadisə kimi qiymətləndirib.
Baş nazir, həmçinin namizədlərə uğurlar arzulayıb:
"Dövlətin idarə olunmasında parlamentin xüsusi rolu var. Layiqli, xalqın etimadını qazanan namizədlərin seçiləcəyinə ümid edirəm".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...