“Barselona” Arda Turanla bağlı bu səbəbdən CƏRİMƏLƏNDİ
İspaniyanın “Barselona” klubu növbəti dəfə cəzalanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlar adı qalmaqalda hallanan La Liqa təmsilçisi indi də İspaniya Vergi Xidməti tərəfindən cərimələnib.
Buna səbəb klubun futbolçularına etdiyi ödənişləri sənədləşdirən zaman etdiyi qayda pozuntuları və oyunçuların ödənişlərini vaxtında etməməsidir.
Kataloniya klubu buna görə 15,7 milyon avro ödəməli olacaq.
Klub həm də, “Audi” avtomobillərini icarəyə verməsini və çarter reyslərinin qiymətini gizlədib. Sabiq oyunçuları Arda Turan (1 milyon 312 min 500 avro) və Aleks Sonqa (3,5 milyon avro) tərəfindən ödənilən kompensasiyalar da vergi hesabatında düzgün göstərilməyib.
Oxşar xəbərlər
Məhkəmə Arda Turanın bu görüntüsü ilə bağlı qərarını açıqladı - VİDEO
Türkiyə Məhkəməsi tanınmış futbolçu Arda Turanın müğənni Berkay Şahinin həyat yoldaşı Özlem Ada Şahinə qarşı zor tətbiq etməsi ilə bağlı iddiaya yenidən baxıb....