Banqladeşdə avtobusun gölə aşması nəticəsində 17 nəfər ölüb
22
iyl
2023
22:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Banqladeşdə sərnişin avtobusunun şosedən çıxaraq gölə aşması nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
İlkin ehtimala görə, avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı gölə aşıb.
Sərnişinlərdən 13-ü yerindəcə, 4-ü xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Ölənlərin yeddisi azyaşlı, beşi qadındır.
Oxşar xəbərlər
Ağcaqanadlardan dəhşətli xəstəlik yayılıb - Ölənlərin sayı 114 nəfərə çatıb
Banqladeşdə son sutka ərzində azı 8 nəfər denge xəstəliyindən ölüb, bu il denge virusunun səbəb olduğu qızdırma ümumilikdə 114 nəfərin həyatını itirməsinə səbəb...