Bal ixracından 7 ayda 1 milyon 411 min 504 dollar qazanıblar

Bal ixracından 7 ayda 1 milyon 411 min 504 dollar qazanıblar
Siyasət 79

Yanvar-iyul ayları arasında Türkiyənin Şərqi Qara dəniz bölgəsindən 7 ayda 1 milyon 411 min 504 dollar dəyərində 335 ton bal ixrac edildiyi bildirilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Qara dəniz regionundan bal ixracına ən böyük tələbat ABŞ-dan gəlib.

Şərq Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Saffet Kalyoncu bildirib ki, 7 ayda bölgədən 335 ton bal ixrac edilib.

İxracdan 1 milyon 411 min 504 dollar qazanıldığını bildirən Kalyoncu bu açıqlamanı verdi:

Birinci yerdə 665 min 390 dollarla ABŞ qərarlaşıb. ABŞ-ı 376 min 367 dollarla Almaniya, 154 min 53 dollarla Səudiyyə Ərəbistanı izləyir. Sözügedən dövr ərzində bölgədən Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Qətər, Oman, Azərbaycan, Banqladeş, Belçika və Böyük Britaniyaya da bal satılıb.

Son xəbərlər