Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO/FOTO

Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO/FOTO
Foto Video
Siyasət 337
“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi keçirilib.BAKU.WS-in məlumatına görə, kəşfiyyat bölüyünün qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Hərbi Hava Qüvvələrinə aid Mi-17 helikopter cütlüyü isə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələri tərəfindən qiymətləndirilib.Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.Qeyd edək ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq ƏİK proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.

Oxşar xəbərlər

NATO təyyarələrindən biabırçılıq - Yanlışlıqla sivilləri vurdu

NATO təyyarələrindən biabırçılıq - Yanlışlıqla sivilləri vurdu

Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus təyyarələr sivillərin yaşadığı məntəqələri bombalayıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir...

566 Siyasət 13:15 26 avqust 2019

Son xəbərlər