Bakıda fevralda TBNM ilə bağlı iclas keçiriləcək

Bakıda fevralda TBNM ilə bağlı iclas keçiriləcək
Siyasət 100

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının və işçi qrupunun iclası fevral ayında Bakıda keçiriləcək.

Bu barədə "Qazaxıstan Dəmir Yolları" SC yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov "Report"a müsahibəsində bildirib.

"Qazaxıstan Dəmir Yolları" və "Azərbaycan Dəmir Yolları" Orta Dəhlizin potensialının artırılması ilə bağlı müntəzəm olaraq dialoq aparır. TBNM Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən iclaslarda marşrutun inkişafı ilə bağlı əsas məsələlər müzakirə edilir, mövcud problemlər təhlil olunur və gələcək əməkdaşlıq üçün strateji prioritetlər müəyyənləşdirilir", - o vurğulayıb.

A.Tulegenovun sözlərinə görə, hazırda əsas prioritetlərdən biri tranzit vaxtını azaltmaqdır: "Bunun üçün Qazaxıstan və Azərbaycanın nəqliyyat şirkətləri gəmi və qatarların hərəkət qrafikini koordinasiya edir, əməliyyatların əlaqələndirilməsini gücləndirir və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər görür".

akıda keçiriləcək görüşdə həm əvvəlki dövrün nəticələri təhlil ediləcək, həm də mövcud çağırışlar və marşrutun daha da inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Son xəbərlər