Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub
12
fev
2026
18:36
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Nazirlikdən BAKU.WS-ə bildirilib ki, görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
Bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parl...