Bakı Şəhər Baş Polis İdarəsi: Namizədin plakatını külək qoparıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“Müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib. Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərinə düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olan bütün müraciətlərə diqqətlə yanaşır”, - deyə E. Hacıyev qeyd edib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev növbədənkənar parlament seçkilərində 29 saylı dairədən namizədliyini irəli sürüb. O, sosial şəbəkə hesabında bildirib ki, təbliğat-təşviqat lövhələrindən posterləri cırılıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Oxşar xəbərlər
23 saylı Nəsimi-Səbail seçki dairəsində plakatları kim sökür?
Məlum olduğu kimi, 9 fevralda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Yanvarın 17-si saat 00:00-dan etibarən namizədlər təbliğat-təşviqat...