Bakı metrosunda stansiyalara yeni rəislər təyin edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Metropoliteni” QSC-nin yerüstü stansiyalarına yeni rəislər təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Zaur Həsənov əmr imzalayıb.
Z.Həsənovun imzaladığı əmrə görə, İsa Musayev “Bakmil”, Elçin Ələsgərov isə “Xocəsən” stansiyasının rəisi təyin edilib. Hər iki şəxs bu vəzifə üçün imtahan verib.
İ.Musayev bu təyinata qədər “Neftçilər” stansiyasında rəis müavini, E.Ələsgərov isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə növbətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...