Bakıda Xocalı şəhidlərinin xatirəsinə yürüş keçirilir - FOTOREPORTAJ
26
fev
2018
13:00
Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından Xocalı abidəsinin qarşısınadək yürüş keçirilir.Azadlıq meydanından Xətai rayonunda ucaldılmış "Ana Harayı" abidəsinə doğru hərəkətə başlayan yürüş iştirakçıları əllərində “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 26 il” və s. çağırışlar və şüarlar tutublar.Məlumata görə, prezident, vitse-prezident, nazir və kömitə rəhbərlərinin də qatıldığı yürüşdə 40 mindən çox adam iştirak edib. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.BAKU.WS həmin yürüşdən fotoları təqdim edir:TuncayBAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.BAKU.WS-in məlumatına görə, prezi...