Bakı qonağını qarşılamağa hazırlaşır: Xorvatiya prezidentinin səfər tarixi açıqlandı - FOTO

13
okt
2016
14:57
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, xanım prezidenti oktyabrın 24-də Bakıya gələcək.
Səfər zamanı Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Səfər zamanı dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.
BAKU.WS

Oxşar xəbərlər
Xorvatiyanın qadın prezidenti Bakıya gəlir (VİDEO)
Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana rəsmi səfər edəcək. Bu barədə BAKU.WS-ə Xorvatiyan...