“Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm” - Qənirə Paşayeva
24
sen
2019
14:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Mandatımı heç vaxt girov qoymaram, çünki bu mənim yox, seçicilərimin vəsiqəsidir, minlərlə seçicimin etimadıdır”.BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "3D” proqramında millət vəkili Qənirə Paşayeva deyib.O deyib ki, deputat maaşı ona bəs edir və saat, ayaqqabı, geyim hansı markadan olması onun üçün önəmli deyil:“Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm. Ona görə yetərlidir. Millət vəkillərinin maaşları bəllidir. Bu maaşların üzərindən onlara sosial mediada xoş olmayan ifadələr yazılır. Öz adımdan deyə bilərəm ki, aldığım məvacibin yarısından çoxu seçicilər, kasıb ailələrin müalicə, təhsil və digər haqları üçün ödəyirəm. Bəzən başqa qayğıları olur, dəstək istəyirlər. Əmin ola bilərsiniz ki, alınan maaşın hamısı özümüzə xərclənmir”.
Oxşar xəbərlər
Qənirə Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da vitse-prezident seçildilər
Azərbaycan Milli Məclisinin iki deputatı Qənirə Paşayeva və Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə təyin edilib.BAKU.WS x...