Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
04
dek
2018
20:11
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 4-də Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb. Nazir bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. General-polkovnik Z.Həsənov qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən Müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.L.Kuper də öz növbəsində ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, “Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.Qonaq Azərbaycanın terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq müzakirə edilib
Pekində rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının sədr m...