Azərbaycandan Rossiya 24-ə etiraz
"Rossiya 24 dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş "Турецкий оскал: почему "Серые волки" убили российского пилота” adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib".
BAKU.WS APA-ya istinadən məlumat verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN sözçüsü qeyd edib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycana adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ermənilərin toy təxribatı ilə bağlı BMT-yə müraciət edib
Azərbaycan Respublikasının BMT yanındakı Nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanl...