Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı
Siyasət 2462
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.BAKU.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda əksini tapıb.Mərkəzin ilkin nizamnamə fondu 1 milyon manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər